Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksəksəviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır.
